Leysan olacaq, dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

12 May 2025 18:38 (UTC+04:00)

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.

Bu barədə Aznews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunu