Şok iddia: Əsədə kimyəvi silahı İngiltərə satıb

2 Sentyabr 2013 10:26 (UTC+04:00)
Böyük Britaniyada dərc olunan "Sunday Mail" qəzeti şok iddia ilə çıxış edib.

AzNews.az-ın məlumatına görə, qəzet Suriya prezidenti Bəşər Əsədin müxaliflərə qarşı istifadə etdiyi iddia olunan kimyəvi silahları İngiltərədən aldığını yazıb.

Qəzetin iddiasına görə, İngiltərə zarin qazı istehsalında istifadə edilən potasium florid və sodium florid kimi maddələrin ixracatında qadağa qoymadığı üçün Suriya bu maddələri alıb.

Məlumatda bildirilir ki, Suriyaya bu maddələrin satılmasına İngiltərənin Əmək Nazirliyi icazə verib. Xəbərə görə, İngiltərə bu ilin yanvar ayına qədər – Avropa Birliyinin Bəşər Əsəd rejiminə embarqolar tətbiq etməsinə qədər Suriyaya kimyəvi maddələr satılıb. Bildirilir ki, Şotland deputatların İngiltərənin baş naziri Devid Kamerona bu barədə suallar ünvanlayacaq.

Mətbuat onu da yazır ki, Suriyaya hərbi müdaxilədən imtina edən İngiltərə Suriyada ABŞ-a kəşfiyyat dəstəyi verəcək. Məlumata görə, ingilis kəşfiyyatçılar Əsəd rejiminin kimyəvi silah anbarlarının yerini təsbit edərək, ABŞ ordusunu bilgiləndirəcək.

Elnur
AzNews.az