ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ilə ticarəti Çindən daha iyrənc hesab etdiyini bildirib.
O, bu barədə Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı bildirib.
"Onlar [Aİ] iyrənc idilər. Mən görürəm ki, Avropa İttifaqı ilə ticarət bir çox cəhətdən Çinlə ticarətdən daha iyrəncdir", - deyə Tramp qeyd edib.
Tramp Aİ-nin Amerika dərman şirkətlərini “sevmədikləri şeyləri etməyə” məcbur etdiyini açıqlayıb. Prezident əlavə edib ki, Avropa ölkələri də öz hakimlərindən istifadə edərək tez-tez Amerika şirkətlərini məhkəməyə verirlər.