ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üçün Moskva və Kiyev arasında potensial birbaşa danışıqların keçiriləcəyi gün İstanbula səfər etməyi düşündüyünü bildirib.
"Ora uçmağı düşünürdüm. Cümə axşamı harada olacağımı bilmirəm, çoxlu görüşlərim var, amma əslində ora uçmaq barədə düşünürdüm. "Düşünürəm ki, belə bir imkan var", - Amerika lideri Ağ Evin YouTube kanalında yayımlanan ABŞ-nin Səhiyyə və İnsan Xidmətləri naziri Robert Kennedi Jr. ilə birgə mətbuat konfransı zamanı deyib.
O, eyni zamanda Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin eyni gündə İstanbula gələcəyinə ümid etdiyini bildirib .
Mövsüm
Aznews.az