Bakı Ali Neft Məktəbi yeni şəhərciyə köçürülür - FOTOLAR

2 Sentyabr 2013 10:33 (UTC+04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində yaradılan Bakı Ali Neft Məktəbinin (BANM) binası köçürüləcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, Ali Neft Məktəbinin ərazisi daha da genişləndiriləcək. Elə bu məqsədlə də universitet hazırda yerləşdiyi binadan ərazisi daha geniş olan yerə köçürüləcək.

Bakının Səbail rayonu ərazisinə köçürüləcək məktəbin ərazisində universitet şəhərciyi olacaq. Artıq Ali Neft Məktəbinin yeni layihəsi də hazırlanıb. Tikintisinə başlanılan yeni universitet şəhərciyi gələn il istifadəyə veriləcək.

AzNews.az