Rumıniya prezidentliyinə namizəd Simion Macarıstanla ittifaq yaratmaq arzusunu açıqlayıb

12 May 2025 21:06 (UTC+04:00)

Müxalif Rumınların Birləşməsi Alyansı partiyasının lideri George Simion Macarıstanın baş naziri Viktor Orbanla ittifaq axtarır.

Bu barədə "Euronews" telekanalı məlumat yayıb .

Simion özünü “avrorealist” adlandırıb və avroskeptik olmadığını vurğulayıb.

"Mən bir çox cəhətdən Viktor Orbanın izi ilə getmək istərdim. Əlbəttə, bizim bəzi qırmızı xətlərimiz var, təbii ki, bizim mövqelərimiz bəzi aspektlərdə fərqlənir, lakin Viktor Orban sübut etdi ki, o, Aİ institutlarında ailə, demokratiya, xristianlıq uğrunda mübarizə aparır, ona görə də onlar bizim tərəfdaşlarımız olacaqlar".

Mövsüm

Aznews.az