Sumqayıtda qohumlar tanımadıqları şəxs tərəfimdən bıçaqlanıb.
Aznews.az xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna aralarında baş vermiş münaqişə zəminində naməlum şəxs bıçaqla xəsarət yetirib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən verilən məlumata görə, bud çanaq oynağı və bud nahiyəsinin açıq yarası diaqnozu təyin edilən 1972-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilən digər şəxsə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.
Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
AzNews.az