Vaşinqton İranın nüvə sazişindən imtina edəcəyi təqdirdə İranın neft tədarükünü sıfıra endirəcək və ölkəni müflis edəcək.
Bu barədə ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında keçirilən investisiya forumunda çıxışı zamanı bildirib.
"Əgər İran rəhbərliyi bu zeytun budağından imtina edərsə və qonşularına hücum etməyə davam edərsə, o zaman mənim əvvəl etdiyim kimi, maksimum təzyiq göstərməkdən və İran neftinin ixracını sıfıra endirməkdən başqa çarəmiz qalmayacaq. Bilirsiniz ki, onlar mənim etdiklərimə görə müflis ölkə olublar", - deyə Tramp qeyd edib.
Prezident əlavə edib ki, ABŞ İrana daha cəlbedici gələcəyə aparan yeni yol təklif edir.
Mövsüm
Aznews.az