Tramp Rubionun Ukrayna danışıqlarında iştirak edəcəyini açıqlayıb

13 May 2025 21:10 (UTC+04:00)

ABŞ dövlət katibi Marko Rubio və digər ABŞ rəsmiləri Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün İstanbula gedəcəklər.

Bunu Amerika lideri Donald Tramp Ər-Riyadda keçirilən investisiya forumunda deyib .

ABŞ prezidenti qeyd edib ki, o, Ukrayna münaqişəsinə son qoymaq üçün “yorulmadan çalışıb”.

"Danışıqlar kifayət qədər yaxşı nəticələr verə bilər. Marko Rubio ora gedəcək. Başqaları da gedəcək", - o vurğulayıb.

Mövsüm

Aznews.az