Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var

14 May 2025 09:25 (UTC+04:00)

Bakıda Rusiya vətəndaşının idarə etdiyi avtomobil piyadanı vurub.

1975-ci təvəllüdlü Şıxveledov İmiraslan Şıxveledoviçin idarə etdiyi “Volvo” markalı avtomobil Xəzər rayonunda yolu keçən piyada, 1975-ci il təvəllüdlü Hüseynov Sabir Balamirzə oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.