Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilib

14 May 2025 13:25 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilməsi barədə Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə yenidən Tural Qüdrət oğlu Piriyev təyin edlib.

Xatırladaq ki, T.Piriyev 2006-2007-ci illərdə hazırda ləğv prosesində olan "Atabank" ASC-də, 2007-2012-ci illərdə isə "PAŞA Holdinq" MMC-də hüquqşünas kimi çalışıb, eləcə də 2011-2012-ci illərdə holdinqə daxil olan "PAŞA Həyat Slğorta" ASC-nin Audit Komitəsinin sədri, 2012-2014-cü illərdə isə yenə də bu holdinqin strukturu olan "Kapital Bank" ASC-nin Hüquq departamentinin direktoru olub.

O həmçinin 2011-2013-cü illərdə Azərbaycan Gimnastika Federasiyasında çalışıb.

T.Piriyev 2016-ci ilin aprel ayından 2020-ci ilin may ayına qədər “PAŞA Holdinq”in Türkiyə üzrə ofisinin rəhbəri olub, eyni zamanda 2017-ci ilin mart ayından 3 il 3 ay müddətində “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” şirkətinin İdarə Heyətində üzv kimi, 2018-ci ilin iyul ayından isə “PD Turizm ve Gayrimenkul A.Ş.” şirkətinin İH sədrinin müavini kimi fəaliyyət göstərib, 5 il bundan əvvəl isə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru təyin edilib.