Qubada iki nəfəri elektrik cərəyanı vurub, biri ölüb

14 May 2025 14:25 (UTC+04:00)

Quba rayonunun Əski-İqriq kəndində yerləşən fərdi yaşayış evində iki nəfəri elektrik cərəyanı vurub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 2000-ci il təvəllüdlü Əsəd Hüseynquliyev ölüb, 2001-ci il təvəllüdlü Şəmistan Yusubov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.