Sahibkarlığın İnkişafı Fondunun banklardakı depozitləri 50 %-ə yaxın artıb

14 May 2025 13:27 (UTC+04:00)

Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) banklarda 126,283 milyon manat depoziti olub.

AzNews.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 49,5 % çoxdur.

Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.

Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərmana sasən, SİF və İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu yaradılıb. Dövlət başçısı 23 dekabr 2024-cü il tarixində isə Fondun fəaliyyətinin təmin edilməsi, bununla bağlı bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Fondun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiq edilib.