“Xankəndi” AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyununda böyükhesablı qələbə qazanıb

14 May 2025 17:06 (UTC+04:00)

“Xankəndi” klubu AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyununda böyükhesablı qələbə qazanıb.

Komanda bu gün Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşdə “Ağstafa Gəncləri”ni 4:0 hesabı ilə məğlub edib.

Qolları Pərviz Qaraxanov (2), Elmar Rəhimov və Sərxan Hüseynov vurublar.

Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 18-də baş tutacaq. Yarımfinalın digər matçında "Göyəzən" evdə "Şirvan"ı 4:1 hesabı ilə məğlub edib.