“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında görülmüş işlər açıqlanıb

14 May 2025 17:14 (UTC+04:00)

Logistik imkanlar baxımından əlverişli ərazidə olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında investisiya portfeli 130 milyon manata yaxın olan 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

Aznews.az bu barədə İqtisadiyyat Nazirliyi yannda İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin 19 sahibkarlıq subyekti sənaye parkında ümumilikdə 1 800-ə yaxın daimi iş yeri yaratmağı nəzərdə tutur.

Bu günədək görülmüş işlərə sahibkarlar 35 milyon manatdan çox investisiya yatırıb, 100-ə yaxın daimi iş yeri yaradıb.

200 hektar ərazini əhatə edən parkın 30 %-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 2 müəssisə fəaliyyət göstərir.

Sənaye parkında sahibkarlar indiyə qədər 1,7 milyon manatlıq məhsul satıb və xidmətlər göstərilib. Bundan başqa parkda hazırda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər görülür.