Azad edilmiş ərazilərdə beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərəcək

14 May 2025 17:23 (UTC+04:00)

Azad edilmiş ərazilərdə beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərəcək.

Bunu Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev institutda keçirilən “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiyada deyib.

Onun sözlərinə görə, bu məsələ qarşıda duran əsas vəzifələrdən biridir:

"Qarabağda arxeoloji tədqiqatlar əsasən Xocalı tunc dövrü “Kurqan çölü” və nekropolu, Ağdam şəhərindəki İmarət kompleksi, Üzərliktəpə Orta Tunc dövrü yaşayış məskəni, Azıx- Tağlar paleolit abidələri, Füzuli kurqanları və Zəngilan rayonundakı Şəhri şərifan orta əsr şəhər yeri – istiqamətləri üzrə aparılacaq. Xüsusi olaraq Qafqaz Albaniyasının maddi mədəni irsinin öyrənilməsi ayrıca bir istiqaməti təşkil edir".