Arxeoloji Fond yaradılacaq

14 May 2025 17:31 (UTC+04:00)

Arxeologiya və Antropologiya İnstitutunun nəzdində Arxeoloji Fond yaradılacaq.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli institutda keçirilən “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiyada deyib.

O qeyd edib ki, müasir dövrün tələblərinə uyğun olaraq institutda daxili imkanlar və mövcud ştat vahidləri hesabına İslam dövrü arxeologiyası, etnoarxeologiya, məhkəmə arxeologiyası, Xəzər arxeologiyası, Qarabağ arxeoloji ekspedisiyası kimi yeni və təkmilləşdirilmiş elmi-tədqiqat strukturları yaradılıb:

“Bu islahatlar institutun qarşısında yeni, müasir çağırışlar formalaşdırmaqla yanaşı, Azərbaycanda arxeologiya və antropologiya sahələrində fundamental və innovativ elmi araşdırmaların aparılmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirir”.