ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff ABŞ dövlət katibi Marko Rubio ilə birlikdə Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün İstanbula gedəcəyini təsdiqləyib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Witkoff, katib Rubio ilə Ukrayna-Rusiya danışıqları üçün İstanbula gedəcəyini söylədi", - məlumatda deyilir.
Xüsusi nümayəndə səfərin tarixi olaraq mayın 16-nı cümə günü adlandırarkən, Rusiya ilə Ukrayna arasında təmasların bir gün əvvəl başlaması planlaşdırılır.
Mövsüm
Aznews.az