Sikorski: Polşa öz qoşunlarını Ukraynaya göndərməyəcək

14 May 2025 20:53 (UTC+04:00)

Polşa öz əsgərlərini Ukraynaya göndərməyəcək.

Bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski məlumat verib.

O, ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqun Polşa da daxil olmaqla dörd ölkənin iştirakı ilə Avropa qüvvələrinin Dneprdən qərbə yerləşdirilməsinin mümkünlüyünü qeyd edən bəyanatına belə cavab verib .

O, Onet.pl internet portalına müsahibəsində deyib: “Əgər Polşa bu əməliyyatın bir hissəsi olarsa, o şərtlə ki, (əməliyyat – red.) baş tutsun, bizim bu əməliyyatda iştirakımız Polşa əsgərlərinin Ukrayna torpaqlarında olmasını əhatə etməyəcək”.

Mövsüm

Aznews.az