Avropa İttifaqı (Aİ) və ABŞ sanksiyaların köməyi ilə Rusiyanın iqtisadi sahəsini “boğmalıdır”.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barrot məlumat verib.
"Le Figaro" qəzeti onun sözlərini sitat gətirib: "Gəlir mənbələrini kəsmək Rusiyanı boğazından tutmaq üsuludur".
Barrotun sözlərinə görə, irimiqyaslı sanksiyalar Rusiyaya qarşı qeyri-kafi effekt göstərib. Buna görə də o hesab edir ki, “Rusiya iqtisadiyyatını birdəfəlik boğacaq” yeni tədbirlər üzərində işləmək lazımdır. Nazir, həmçinin Avropanın karbohidrogenlərə qarşı sanksiyaların tətbiqində uğur qazanacağına ümid etdiyini bildirib.
Mövsüm
Aznews.az