Fransanın cənubundakı Barben şəhərindəki zooparkda ildırım vurması nəticəsində bir neçə uşaq da daxil olmaqla 13 nəfər xəsarət alıb.
Bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Yanğınsöndürənlər çərşənbə günü günortadan sonra Barben Zooparkına gələn 13 ziyarətçinin ildırım vurması nəticəsində xəsarət aldığını bildirib. Onlardan 12-nə, o cümlədən dörd uşaq təcili yardım göstərilib”, - məqalədə deyilir.
Bir qadının daha ağır xəsarət aldığı, vəziyyətinin ağır olduğu bildirilir. Yanğınsöndürənlərin sözlərinə görə, ildırım zooparkın düz və açıq hissəsinə düşüb, ona görə də heyvanlara zərər dəyməyib.
Mövsüm
Aznews.az