Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Lenar Salimullin Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ölkə hakimiyyətinin Rusiya təyyarəsinin respublikanın hava məkanını pozduğunu bildirməsindən sonra ona etiraz notası təqdim edilib.
Tsahkna X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: "Estoniyanın nöqteyi-nəzərindən bu, heç bir şəkildə qəbuledilməz olan çox ciddi və təəssüf doğuran hadisədir".
Moskva hələlik Tallinin ittihamlarına münasibət bildirməyib.
Mövsüm
Aznews.az