Türkiyənin Konya vilayətində 5,2 bal gücündə zəlzələ baş verib

15 May 2025 17:49 (UTC+04:00)

Türkiyənin Konya vilayətində 5,2 bal gücündə zəlzələ Ukrayna nümayəndə heyətinin yerləşdiyi Ankarada hiss olunub.

Bu barədə Türkiyənin TRTHaber telekanalı Türkiyə Fəlakətlərin İdarə Edilməsi İdarəsinə (AFAD) istinadən məlumat yayıb.

Bu gün Ankarada Ukrayna nümayəndə heyəti ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub. Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son üç ildə ilk birbaşa danışıqların mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılır.

Mövsüm

Aznews.az