Norveç müdafiə xərclərini 16,5 milyard dollara çatdırmağı planlaşdırır

15 May 2025 18:04 (UTC+04:00)

Norveç Müdafiə Nazirliyi bildirib ki, Norveç 2025-ci ildə müdafiəyə təxminən 16,5 milyard dollar xərcləməyi planlaşdırır ki, bu da ölkənin ümumi daxili məhsulunun (ÜDM) 3,3%-ni təşkil edir.

"Hökumətin yenidən işlənmiş milli büdcə layihəsinə əsasən, Norveç bu il müdafiə xərclərinə təxminən 172 milyard kron (təxminən 16,5 milyard dollar – red.) xərcləyəcək. Bu o deməkdir ki, Norveç ÜDM-in 3,3%-ni xərcləyəcək", - məlumatda bildirilib.

Müdafiə naziri Tore Sandvikin qeyd edib ki, Norveç hökuməti silahlı qüvvələrin lazımi səviyyədə fəaliyyətini təmin etmək, eləcə də onların planlaşdırılmış əməliyyatları yerinə yetirməsinə zəmanət vermək istəyir. Bundan əlavə, artan müdafiə xərcləri daha bahalı hərbi texnika və xidmətlərin xərclərini kompensasiya etməlidir.

Mövsüm

Aznews.az