XİN: Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb etmək Azərbaycanın legitim hüququdur

16 May 2025 12:39 (UTC+04:00)

Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb etmək Azərbaycanın legitim hüququdur.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı dediyi fikirlərə şərhində deyilir.

“Ermənistan Baş nazirinin problemlərin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid olan Konstitusiyanın dəyişdirilməsi sülh üçün əsas şərtdir və bunu tələb etmək Azərbaycanın legitim hüququdur”, - vurğulanıb.