Azərbaycanlı rəqqasə 30 minə soyunacaq

2 Sentyabr 2013 12:54 (UTC+04:00)
Rəqqasə Aytən 30 min avroluq layihəyə başlayır.

Bunu AzNews.az-a rəqqasə Aytən bildirdi. O, sözügedən layihəni
Türkiyədə həyata keçirəcək: "Türkiyədə yeni klip çəkdirməyə hazırlaşıram. Klipdə tanınmış bir rəqqasə ilə olacam. Oriental rəqsə klip çəkdirəcəyik. Klip 30 min avroya başa gələcək. Klip hazır olandan sonra bununla bağlı məlumat verəcəm. Klip üçün 10 paltar nəzərdə tutulub. Geyəcəyim paltarların qiymətini söyləməyəcəm".

Qeyd edək ki, rəqqasə bu günlərdə Almaniyada səfərdə olub, o, 12 gün ərzində maraqlı fotosessiya ilə çıxış edib.

Bahar
AzNews.az