Rumıniyada fransız əsgərlərini daşıyan yük maşını aşıb

16 May 2025 19:59 (UTC+04:00)

Rumıniyada NATO-ya məxsus yük maşını dəmir yolu körpüsünə aşıb, iki fransız əsgəri yaralanıb.

Bu barədə Rumıniya Müdafiə Nazirliyinin saytında məlumat verilib.

"Cibla Noua şəhərində dəmir yolu üzərindəki körpünün ərazisində, Valça qraflığının Kalimanesti şəhərinin dolama yolunda, Fransa hərbi kolonnasının bir hissəsi olan yük maşını aşıb. Qəza nəticəsində iki fransız əsgəri yaralanıb".

Yaralı hərbçilərə yerindəcə ilkin tibbi yardım göstərildiyi bildirilib. Bundan sonra onlar Rimniku Valça şəhərindəki xəstəxanaya aparılıblar. Zərərçəkənlərin vəziyyəti stabil qiymətləndirilir.

Mövsüm

Aznews.az