Qərb ölkələri Rusiya ilə Ukrayna arasında münasibətlərin yaxşılaşması ehtimalından ehtiyatlanır.
Bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat verib.
"Ukrayna Moskvaya baxmağa başlasa, bu, bizim hamımız üçün ən pis ssenari olardı ", - deyə o, Romada NATO müdafiə nazirlərinin görüşündə bildirib.
O, həmçinin qeyd edib ki, NATO ölkələri Ukraynanı dəstəkləməyə davam etməli və Kiyevin “qərbə baxmağa” davam etməsini təmin etməlidir.
Mövsüm
Aznews.az