ABŞ-də həkimlər ilk dəfə uşağı müalicə etmək üçün fərdi gen terapiyasından istifadə ediblər. Alimlər təcrübəni tibdə bir addım adlandırıblar.
Aznews.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Key Cey 2024-cü ildə anadan olub və demək olar ki, dərhal həkimlər körpədə hansısa problemin olduğunu başa düşüblər. O, yemək yeməyib və demək olar ki, daim yatıb. Məlum olub ki, onda 1.3 milyon insandan birində rast gəlinən ciddi genetik pozğunluq var. Bu xəstələrdə ammonyakın bədəndən xaric edilməsi üçün sidik cövhəri halına gətirən qaraciyər fermenti yoxdur.
Həkimlər uşaq üçün DNT-ni redaktə edəcək dərman yaratmağı təklif ediblər. Onlar dərmanı altı ay ərzində hazırlayıblar. Key Ceyə dərmanın ilk dozası fevralda, daha ikisi isə mart və apreldə verilib. Onlar uşağın özünü yaxşı hiss etdiyini və xəstəxanadan buraxıldığını bildiriblər. Bununla belə, o, həyatı boyu daim nəzarət altında olacaq.