Keçmiş qayınanası Gültəkin Hacıbəylini məhkəməyə verdi

2 Sentyabr 2013 13:19 (UTC+04:00)
Keçmiş qayınanası sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə qarşı məhkəmə iddiası qaldırıb.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, sabiq deputatın qayınanası Nəhayət Məmmədova keçmiş gəlinindən 50 min ABŞ dolları təzminat tələb edir.

İşə baxan Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib. Bu qərarla razılaşmayan G.Hacıbəyli Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. İşə Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Proses sentyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, Nəhayət Məmmədovanın oğlu Mahmud Mehdiyevlə G.Hacıbəyli boşanıblar. N.Məmmədovanın tələb etdiyi pulun isə vaxtilə G.Hacıbəyli tərəfindən borc kimi alındığı bildirilir. Bütövlükdə sabiq deputatla keçmiş əri arasında uzun müddətdən bəri davam edən ailə münaqişəsi var. M.Mehdiyev G.Hacıbəylini doğma oğlunu əlindən almaqda, onu övladının üzünə həsrət qoymaqda ittiham edir.

AzNews.az