UNEC 95 yaşında!

16 May 2025 22:07 (UTC+04:00)

UNEC Təcrübənin təşkili şöbəsi və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə 29 May 2025-ci il tarixində “Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu” keçiriləcək. Bu forum təhsil, təcrübə və karyera mövzusunda dəyərli dialoqlar üçün əvəzolunmaz bir fürsət təqdim edəcək.
Mövzu: “Auditoriyadan İş Dünyasına: Təhsil, Təcrübə və Karyera”
Bu forum yalnız bir tədbir deyil – bu, sizin gələcəyinizə açılan bir qapıdır
Burada:
- Təhsil və iş dünyası bir araya gələcək
- Əmək bazarının real ehtiyacları müzakirə olunacaq
- Peşəkarlarla canlı workshoplarda biliklər paylaşılacaq
-Gənclər üçün fürsətlər və əlaqələr yaradılacaq
Əsas istiqamətlər:
-Universitetlərlə işəgötürənlər arasında körpü qurmaq
-Gənclərin peşəkar inkişafına dəstək olmaq
-Şəbəkələşmə, təcrübə və inklüziv imkanlar
-Peşəkar mütəxəssislərin təqdimatında workshoplar
Forum hibrid formatdadır – istər UNEC-də, istər dünyanın istənilən nöqtəsindən onlayn şəkildə iştirak edə bilərsiniz.
Əlaqə: tt@unec.edu.az
Qeydiyyat linki: https://forms.gle/6V5SPraA7jRhxo6h9