Kaka “Real-Madrid“dən ayrıldı

2 Sentyabr 2013 13:23 (UTC+04:00)
İspaniyanın "Real Madrid" komandasından ayrılan futbolçu Kaka İtaliya "Milan"ına qayıdıb. Lent.az-ın "rossonyerlər"in rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu ilə 2 illik müqavilə bağlanılıb.

Anlaşma şərtlərini "Milan"ın vitse-prezidenti Adriano Qalliani şəxsən razılaşdırıb. Kakanın azad agent kimi keçdiyi və ildə 5 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, Kaka 2003 – 2009-cu illərdə də "Milan"ın şərəfini qoruyub. O, 4 il öncə "Real Madrid"ə 65 milyon avroya keçib.


AzNews.az