İsrailin müdafiə naziri İsrael Katz husilərin İsrailə atəş açmağa davam edəcəyi təqdirdə lideri Əbdülməlik əl-Husini məhv edəcəyi ilə hədələyib.
O, bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında məlumat verib.
"Əgər husilər İsrailə raket zərbələri endirməyə davam etsələr, onlar ağrılı zərbələr alacaqlar və terror liderləri də əziyyət çəkəcəklər. Biz həmçinin Yəməndə Əbdülməlik əl-Husini də izləyəcək və məhv edəcəyik", - onun yazısında deyilir.
Katz aydınlaşdırıb ki, İDF hazırda Yəməndə husi terror təşkilatının nəzarətində olan bir neçə limana hücum edib və ciddi ziyan vurub.
Mövsüm
Aznews.az