Azərbaycanın "Evropeysiki liberalları" Ermənistanın Baş naziri Nikol Paşinyanın Tiranada İlham Əliyevə yaxınlaşaraq "bəlkə bir kofe içək" deməsini pozitiv, konstruktiv, proqressiv və daha nə bilim, nə "iv" hərəkət adlandıraraq, dünəndən bəri Paşiki öyüb-öyüb bitirə bilmirlər.
Nikolu az qala sülhün təminatçısı kimi qələmə verirlər.
Əslində isə, bölgədə sülhün təminatçısının Azərbaycan xalqı, dövləti və ordusunun olduğunu dünyada bilməyən yoxdur. Sadəcə bilib də etiraf etməyən özgələr var. Bizim "Evropeysiki liberallarımız" da özlərini daim o özgələrin sırasında göstərməkdən həzz alırlar.
Onların bunu deməyə cəsarətləri və ya milli heysiyyatları yoxdur ki, Paşinyan bu nöqtəyə özbaşına gəlmədi - Şuşada şərab içib yallı gedən, yayxalanıb sərilən, "Şuşi, Şuşi" deyə bizə yanıq verən Nikolu indi sizin gözünüzdə "pozitiv, konstruktiv, proqressiv" göstərən duruma Azərbaycanın qəhrəman ordusu və bu orduya əmr verən qalib Ali Baş Komandanı gətirdi - dəmir yumruqla təpəsinə döyə-döyə...
Əgər bir erməni həqiqətə yaxın bir söz söyləyir və müsbət davranış sərgiləyirsə, bunu qorxduğu üçün edir, yaxşı və obyektiv insan olduğu üçün deyil. Bunu tarix bizə artıq 100 ildən çoxdur ki, dəfələrlə göstərib, amma təəssüf ki, "bizdən biriləri" hələ də bu dəyişməz həqiqəti anlamaq istəmirlər.
Anlayırıq, düşməni tərifləmək, sevimli göstərmək üçün fürsət gəzirsiniz, amma heç olmasa Paşinyanda olduğunu iddia etdiyiniz obyektivliyin bir azı da sizdə olsun, Tanrının haqqını Tanrıya, Sezarın da haqqını Sezara verin!
Zaur BAYRAMLI,
Vaşinqton