Beyləqanda avtomobil rayonun simvolik giriş qapısına çırpılıb

18 May 2025 12:55 (UTC+04:00)

Beyləqan rayonunda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini rayonun rəmzi giriş darvazasına çırpıb.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu, 1998-ci il təvəllüdlü Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu yaralanaraq Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.