Birləşmiş Millətlər Təşkilatının Liviyada Dəstək Missiyası (UNSMIL) və Liviya Prezident Şurası ölkədə daimi atəşkəsin yaradılmasına kömək etmək üçün atəşkəs komitəsi yaradıb.
Bu barədə "UNSMIL" məlumat yayıb.
“Bu gün ilk iclasını keçirən atəşkəs komitəsi bütün mülki əhalinin müdafiəsi və paytaxt Tripolidə təhlükəsizlik tənzimləmələri ilə bağlı razılığa əsaslanaraq daimi atəşkəsin asanlaşdırılmasına yönəlib”, - X sosial media platformasında (keçmiş Twitter) yerləşdirilən bəyanatda deyilir.
BMT missiyası silahlı toqquşmalar nəticəsində mülki əhalinin itkiləri ilə bağlı xəbərlərdən narahatlığını bildirib. Təşkilat dərhal atəşkəsə çağırıb.
Mövsüm
Aznews.az