Çin də Suriyaya hücuma qarşı çıxdı

2 Sentyabr 2013 14:05 (UTC+04:00)
Çin dünya ictimaiyyətini BMT araşdırması başa çatmayanadək Suriyada kimyəvi silahdan istifadə ilə bağlı vaxtından əvvəl nəticə çıxarmaqdan çəkinməyə çağırır.

Bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xun Ley bəyan edib.

"Çin bəzi ölkələrin Suriyaya qarşı birtərəfli hərbi əməliyyatlar həyata keçirməyə hazırlaşmasından dolayı dərin narahatlıq keçirir. Amerika Birləşmiş Ştatları Suriyada kimyəvi silahdan istifadəyə dair məlumatları Çinə də təqdim edib, lakin onu hələ qiymətləndirməyib. Çin BMT mütəxəssisləri tərəfindən BMT qətnamələrinə müvafiq şəkildə müstəqil, obyektiv, ədalətli və tutarlı araşdırmanın aparılmasını dəstəkləyir", Xun Ley bildirib.

Xun Ley həmiçinin vurğulayıb ki, Çin qətiyyətlə Suriya münaqişəsində tərəflərdən istənilən birinin kimyəvi silahdan istifadəsinə qarşı çıxır.

AzNews.az