Türkiyənin bu ölkədəki səfiri vəfat etdi

19 May 2025 14:51 (UTC+04:00)

Türkiyənin Maltadakı səfiri Erdeniz Şen vəfat edib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 51 yaşlı səfir uzun müddətdir müalicə olunduğu xəstəxanada bu gün dünyasını dəyişib.

Diplomatın dəfn mərasimi Ankarada keçiriləcək.

Qeyd edək ki, E. Şen 2022-ci ildə Türkiyənin Vallettadakı səfiri vəzifəsinə təyin edilib. O, evli və iki uşaq atası idi.

AzNews.az