Somalinin Hirşabel əyalətində ordu birlikləri ilə Əl-Şəbab silahlıları arasında baş verən qarşıdurmada 70 terrorçu zərərsizləşdirilib.
Somali İnformasiya Nazirliyindən verilən yazılı açıqlamada, son 48 saatdır davam edən əməliyyatlarda Hirşabel əyalətinin bölgələrində Əl-Şəbab qruplaşmasına qarşı sıx qarşıdurmaların yaşandığı bildirilib.
Açıqlamada ölkənin təhlükəsizliyini təhdid edən və bölgədə yayılmağa çalışan terror təşkilatına qarşı ciddi hücumun həyata keçirildiyi bildirilib. 70 terrorçunun vurularaq zərərsizləşdirildiyi vurğulanıb.
Bəyanatda Somali ordusunun əməliyyatlarına dəstək verən yerli xalqın töhfəsinin təqdir edildiyi ifadə edilərək, ordu və xalqın əməkdaşlığı sayəsində təşkilatın irəliləyişinin dayandırıldığı qeyd edilib.
Əl-Şəbabın Hirşabel vilayətində Hiran və Orta Şəbab bölgələri arasındakı yaşayış məntəqələrinə intensiv hücumlar təşkil etdiyi və təşkilatın vilayətin strateji şəhərlərindən biri olan Adan Yabalı ələ keçirərək bölgədəki təsirini artırmağa çalışdığı qeyd edilib.
Mövsüm
Aznews.az