Eldar Namazovun dindirilməsi başa çatdı- YENİLƏNİB

2 Sentyabr 2013 14:59 (UTC+04:00)
"EL" hərəkatının rəhbəri Eldar Namazovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilməsi başa çatıb.


Bu dəfə E.Namazov bir saatdan artıq dindirilib. Vəkil Elçin Sadıqov "musavat.com"a bildirib ki, günorta saat 14.00-da başlanan dindirmə təxminən 16 radələrinədək davam edib: "Dindirilmə bir saatdan çox davam edib. Sonunda Eldar Namazov ifadə verdikdən sonra bildirildi ki, artıq dindirilmə bitib. Onlar dindirilmənin aparılan araşdırma ilə bağlı olduğunu qeyd edirlər. Bu, cinayət işi deyil. Əflan İbrahimovun bəyanatları ilə bağlı suallar verildi.

Ə. İbrahimov kütləvi informasiya vasitələrində "Milli Şura"nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.



***16:35
Eldar Namazov yenə prokurorluğa çağırıldı

"El" Hərəkatının sədri Eldar Namazov Bakı şəhər Prokurorluğundadır.

Saat 14.00-dan prokurorluğa gedən E.Namazov hələ də ifadə verir.

Bu barədə AzNews.az-a "El" Hərəkatının rəhbərliyindən məlumat verilib.

Qeyd edək ki, "El" hərəkatı sədrini hərəkatın üzvü olmuş Əflan İbrahimovun ifadələri əsasında dindirirlər.

Bahar
AzNews.az