"Nesvij" muzey-qoruğu Azərbaycanda birgə layihələrdə maraqlıdır

19 May 2025 16:49 (UTC+04:00)

Belarusun “Nesvij” Milli Tarixi-Mədəni Qoruq Muzeyi Azərbaycanda yeni sərgilərin keçirilməsi imkanını nəzərdən keçirir.

Bu barədə “Report”un sualını cavablandıran muzeyin direktorunun birinci müavini Nataliya Jerko məlumat verib.

"Biz azərbaycanlı həmkarlarımızla mübadilə sərgiləri formatında birgə layihələr həyata keçirmək istərdik", - o qeyd edib.

N.Jerkonun sözlərinə görə, bu gün Bakıda açılışı olan "Nesvij - dünya mədəni irsi" sərgisi Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub: "Yeni tərəfdaşlıqların, tanışlıqların yaranmasına və qarşılıqlı əlaqələrin sərhədlərinin genişlənməsinə çox şadıq".

N.Jerko vurğulayıb ki, 2023-cü ildən "Nesvij" muzey-qoruğu ilə Azərbaycanın mədəniyyət müəssisələri arasında möhkəm tərəfdaşlıq münasibətləri qurulub.

O, həmçinin bildirib ki, muzey birgə layihələr üçün yeni imkanlar axtarmağa davam edəcək.

AzNews.az