Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb

19 May 2025 17:33 (UTC+04:00)

Ermənistanın paytaxtı İrəvanın mərkəzində yük maşını aşaraq partlayıb.

“Report” erməni KİV-inə istinadən xəbər verir ki, hadisə Dövlət Nəzarət Xidməti binasının yaxınlığında - Ermənistan prezidentinin iqamətgahının arxasında baş verib.

Xilasetmə Xidmətinin məlumatına görə, ümumilikdə dörd nəqliyyat vasitəsi toqquşub, onlar yanıb.

Hadisə yerində dörd xilasetmə briqadası işləyir.

AzNews.az