Macarıstan Netanyahunun həbsinə order verən BCM-dən çıxır

20 May 2025 11:09 (UTC+04:00)

Macarıstan parlamenti Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) bir il müddətinə geri çəkilmə prosesinə başlayacaq qanun layihəsini təsdiqləyib.

Bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verib. Baş nazir Viktor Orban hökuməti məhkəmənin “siyasi” olduğunu iddia edərək bu addımı atıb.

Orban hökuməti bu qərarı aprelin 3-də, İsrailin baş naziri Benyamin Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına məhəl qoymamasından və Macarıstana səfərindən az sonra elan edib.

BCM-nin qurucu üzvü olan və barəsində həbs qərarı olan şəxsləri tutmaq və məsuliyyətə cəlb etmək öhdəliyi olan Macarıstana “Netanyahunu ölkəyə daxil olarsa həbs edin” çağırışı edilib.

Orban, "Qərarı həyata keçirməyəcəyik" demişdi.

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın Qəzzada törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə həbsinə order verib.

Məhkəmə həmçinin İsrailin BCM-nin yurisdiksiyasına etirazını rədd edərək, Fələstin ərazisində törədilən cinayətlərə görə onun yurisdiksiyasına malik olduğuna qərar verib.

Mövsüm

Aznews.az