ABŞ prezidentinə xarici təyyarələrdə uçmasını qadağan edən qanun layihəsi təklif edilib.
Qanun layihəsini ABŞ Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumer təqdim edib.
Şumerin fikrincə, modernləşmə bütün fəlakətli riskləri aradan qaldırmayacaq. Bundan əvvəl Ağ Ev bildirib ki, Qətər “Boeing 747-8” təyyarəsini Pentaqonun istifadəsinə verməyi təklif edib. Məsələ hələ də hüquqi təsdiq mərhələsindədir. Eyni zamanda, CNN bildirir ki, təyyarənin alınması üçün Qətərə müraciət edən Vaşinqtonun özü olub.
Boeing 747-8 Amerika prezidentinə ən bahalı hədiyyə ola bilər. Təyyarənin dəyəri 400 milyon dollar qiymətləndirilir. Amerika mətbuatının məlumatına görə, Boeing Texasa bir aydan çox əvvəl gəlib.
Mövsüm
Aznews.az