Sumqayıtda ağır qəza: 2 ölü, 8 yaralı

2 Sentyabr 2013 16:04 (UTC+04:00)
Sumqayıtda ağır yol qəzası baş verib.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 1-də saat 15.00 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində qeydə alınıb.

Soltan Xəlfəliyevin idarə etdiyi "VAZ-2104" və Bakı şəhər sakini Əlixan İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə S.Xəlfəliyevin sərnişinləri - oğlu Nihat və atası Məhəbbət hadisə yerində ölüb, xəsarət alan sürücü və digər sərnişinləri - anası Şölə, qızı Əsmər, arvadı Zərinə, habelə İ.Əlixanov və sərnişinləri - Xırdalan şəhər sakinləri Aynur Muradova, Mirzə Muradov və Şərqiyyə Səfərova xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az