İslam Respublikasının nüvə proqramı ilə bağlı ABŞ -İran danışıqları nəticə verməyə bilər.
Bu barədə İranın ali lideri Əli Xamenei məlumat verib.
"[İranın keçmiş prezidenti İbrahim] Rəisinin hakimiyyəti dövründə [ABŞ ilə] dolayı danışıqlar olub, lakin nəticəsi olmayıb. Onların nəticəyə gətirib çıxaracağını düşünmürük və sonda nə olacağını bilmirik", - MEHR agentliyi onun sözlərindən sitat gətirib.
Xamenei həmçinin xatırladıb ki, Rəisi prezident kimi ilk müsahibəsində ABŞ ilə birbaşa danışıqlara qarşı mövqeyini açıq şəkildə ifadə edib.
Mövsüm
Aznews.az