Orban: Azərbaycan Macarıstanın qaz təminatını bu il də davam etdirəcək

20 May 2025 15:11 (UTC+04:00)

Azərbaycan Macarıstanı əmin edib ki, bu il də qaz təminatını davam etdirəcək.

Bunu Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Macarıstan türkdilli tərəfdaş dövlətlərlə əməkdaşlıq hesabına iqtisadiyyatının təhlükəsizliyini təmin edə bilir:

“Bizim Azərbaycanla əməkdaşlığımız təkcə iqtisadi yox, mənəvi baxımdan da önəmlidir. Biz özümüzü daha rahat hiss edirik”.

V.Orban Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına inandığını vurğulayıb:

“Azərbaycanın Ermənistanla sülh sazişinin mətnini razılaşdırmasından çox məmnun olduq. İnanırıq ki, tezliklə sülh sazişi imzalanacaq”

AzNews.az