İspaniyada rabitə və mobil internet kəsilib

20 May 2025 19:49 (UTC+04:00)

İspaniyada rabitə və mobil internetdə nasazlıq yaranıb.

Bu barədə İspaniya və digər Avropa qəzetləri yazıb.

Problemlər ölkənin müxtəlif rayon və şəhərlərində, o cümlədən Madrid və Valensiyada qeydə alınır .

Çox güman ki, nasazlığın səbəbi ən böyük telekommunikasiya operatorunun şəbəkəsinin uğursuz yenilənməsi olub.

Həmçinin bildirək ki, aprelin sonunda İspaniya, Portuqaliya və Fransanın cənubu bir neçə saat işıqsız qalmışdı.

Mövsüm

Aznews.az