İyunun 6-dan Avropa İttifaqı (Aİ) ölkələri Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına kvotaları qaytaracaqlar.
Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.
"Brüsseldən yaxşı xəbərim var! "Ukraynadan Avropaya kənd təsərrüfatı məhsulları və ərzaq məhsullarının nəzarətsiz axını sona çatdı",- deyə Kamış bildirib.
O qeyd edib ki, iyunun 6-dan Aİ-də kənd təsərrüfatı məhsullarının idxalına əvvəlki məhdudiyyətlər və kvotalar qüvvəyə minəcək. Kosinyak-Kamış Ukraynada münaqişə başlayandan sonra onların ləğv edildiyini xatırladıb.
Mövsüm
Aznews.az