Almaniyada tikinti liftinin çökməsi nəticəsində 3 nəfər ölüb

20 May 2025 21:24 (UTC+04:00)

Almaniyanın cənub-qərbində tikinti liftinin çökməsi nəticəsində 3 nəfər ölüb.

Bu barədə Stern jurnalı məlumat yayıb .

Nəşr qeyd edib: "Baden-Vürtemberqin Horb-am Neckar şəhərindəki ən böyük tikinti sahələrindən birində körpü tikintisi liftinin çökməsi nəticəsində üç işçi həlak olub".

Qeyd olunur ki, lift tikinti kranına bərkidilməli idi, lakin o, yerindən qopub, hadisə bu səbəbdən baş verib. Yerli prokurorluq hadisənin səbəblərini araşdırır.

Mövsüm

Aznews.az